Hotel haqqında

Olimpik Novxanı Otel sizi Azərbaycan qonaqpərvərliyi və bənzərsiz komfortu ilə qarşılayır. Otelimiz Abşeron yarımadasında istirahət bölgəsi olan Novxanı qəsəbəsində yerləşir. Oteldə xüsusi eyvan və dənizə panoraması olan 62 otaq və 3 ədəd 2 mərtəbəli lüks kotteclər fəaliyyət göstərir. Otelin otaqları minibar, ikikanallı telefon xətti, peyk televiziyası, LCD televizor, mərkəzi havalandırma sistemi, kondisioner, 24 saatlıq room-servis (otaq xidməti), Wi-Fi ilə təchiz olunmuşdur. Qonaqlarımıza böyük açıq-qapalı hovuz, uşaqlar üçün hovuz, fitness zalı, türk hamamı, par kabinaları (yaş və quru), böyük həcmli jakuzi, eləcə də, açıq tennis kortu, futbol və voleybol üçün meydançalar, 10 xətli boulinq zalı təqdim edirik. Olimpik Novxanı otelində 3 restoran və 2 bar fəaliyyət göstərir. Bunlardan 2 restoran və disko bar mehmanxananın binasında,1 restoran və 1 bar isə açıq səma altında hovuzun ətrafında yerləşir. Bundan əlavə oteldə nəqliyyat servisi də fəaliyyət göstərir.
Otaqlar
-
-
Oteldə xüsusi eyvan və dənizə panoraması olan 62 otaq və 3 ədəd 2 mərtəbəli lüks kotteclər fəaliyyət göstərir. Otelin otaqları minibar, ikikanallı telefon xətti, peyk televiziyası, LCD televizor, mərkəzi havalandırma sistemi, kondisioner, 24 saatlıq room-servis (otaq xidməti), Wi-Fi ilə təchiz olunmuşdur.
Otelimizin nömrələrində iki və daha çox qonaqların yerləşdirilməsi mümkündür. Otelimizdə həmçinin siqarət çəkən və çəkməyən qonaqların maraqları da nəzərə alınıb.
-
VIP otaqlar
Biznes nömrələrimizə xoş gəlmisiniz!
Sizə xoş istirahət arzulayırıq!VIP otaqlarƏgər siz işgüzar səfərə yollanmısınızsa, onda bizim biznes nömrələr sizin üçün əla seçim olacaq. Burada iş görməyiniz və dincəlməyiniz üçün hər bir şərait yaradılıb. Biznes nömrələrdə siz işinizdə sizə yardımçı ola biləcək istənilən aksesuarları tapa biləcəksiniz. -
Delyuks nömrələri
Delyuks nömrələrimizə xoş gəlmisiniz!
Özünüzə rahatlıq tapın!YÜKSƏK RAHATLIQ BURADADelyuks nömrələrimiz ağır iş günündən sonra dincəlmək istəyənlər üçün ən yaxşı təklifdir. Bu gözəl nömrələrdə siz ozünüzə zaman ayıraraq rahatlıq tapacaqsınız. -
Kateclər
Əvəzsiz istirahət!
İstirahət - qiymətsiz varlığınızdır!KateclərGenişlik və rahatlıq sevənlər üçün yaradılıb. Salon və yataq otağından ibarət olan katecin otaqlarında ailənizinlə xoş istirahət üçün əvəzsizdir.
Biznes üçün Konfrans zalı
Konfrans zalımızı sizə təqdim edirik. Burada siz biznes konfranslar, qəbullar, şəxsi görüşlər və digər biznes tədbirlər keçirə bilərsiniz.
Sizin xidmətinizdə yüksək səviyyəli heyət, gülərüz işçilər və mükəmməl mətbəx olacaq. Bacarıqlarımız bizi istənilən gözlənilməz vəziyyəti inamla qarşılamağa imkan verir. Konfrans zalı biznes tədbirlərin keçirilməsi üçün lazım olan bütün müasir avadanlıqla təchiz edilib. Konfrans zalı ağ lövhə, audio/video monitorla, LCD proyektorlarla, telefon qovşağı ilə, məlumatların ötürülməsi xətti ilə və kondisioner sistemi ilə təchiz edilib. Həmçinin, müştərinin xahişi ilə biz fərdi ayarlar, tərcüməçi xidmətləri, valyuta dəyişmə, maşın xidməti, ofis ləvazimatları və İnternet təqdim etməyə hazırıq. Otəlimizdə 24 saat ərzində biznes mərkəzi fəaliyyət göstərir. Biznes mərkəzi kompüter, printer, telefon/faks və iş üçün lazım olan digər avadanlıqla təchiz edilib. Rahat biznes mərkəzimiz kiçik işgüzar görüşləri də qəbul etməyə hazırdır. Bundan başqa, otelimizdə qalan qonaqlar biznes mərkəzindən pulsuz istifadə edə bilərlər.
Digər Xidmətlər
-
Fitnes mərkəzi
İdman sağlamlıq və xoş istirahət üçün sizin xidmətinizdə. -
Bowling
On bir zolaqlı bowling əyləncə mərkəzi sizin xidmətinizdədir. -
Açıq Havuz
Böyük və gözəl mənzərəli havuz xidmətinizdə -
Futbol,Voleybol meydanı
Əyləncəli vaxt keçirmək üçün futbol, voleybol, baksetbol meydançalarımız sizin xidmətinizdədir. -
PArnoy
Sağlamlıq və əyləncəniz üçün nəzərdə tutulmuşdur. Xoş istirahətlər! -
Türk Hamamı
Sağlamlıq və əyləncəniz üçün nəzərdə tutulmuşdur. Xoş istirahətlər!
-
Sauna
Sağlamlıq və əyləncəniz üçün nəzərdə tutulmuşdur. Xoş istirahətlər! -
Mini Havuz
Uşaqlar üçün nəzərdə tutulmuş açıq havada havuz körpələrin əylənmələri üçün nəzərdə tutulmuşdur. -
Disko Bar
Musiqi əyləncə və dinamik əyləncə! -
Körpələr üçün
Uşaqlar üçün əylənvə və həmçinin valideynlərin xoş istirahət keçirə bilməyi üçün körpələrini bizim dayələrə etibar etmələri üçün nəzərdə tutulmuş uşaq əyləncə mərkəzi xidmətinizdə. -
Gecə Party
Açıq havuz ətrafında təşkil olunmuş əyləncəli Partylər -
Dayə
Uşaqlarınızı bizim dayələrə etibar edə bilərsiniz.
-
AVTOMOBIL XİDMƏTİ
Qarşılama, yola salma və istədiyiniz yerə çatdırma. -
Bələdçi
İngilis, rus dillərində tərcüməçi və sizi ölkə daxili istədiyiniz yerə ötürmək, tanış etmə. -
İNTERNET
Wi-Fi və Lokal şəbəkə ilə fasiləsiz internet və komputer xidmətləri. -
OTAQLARIN TƏMIZLƏNMƏSI
Bütün qonaq otaqları hər gün təmizlənir. Qonaqların xahişi ilə xidmət təkrar olaraq göstərilə bilər. Ətraflı məlumat üçün zəhmət olmasa qəbul masasının işçiləri ilə əlaqə saxlayın. -
CAMAŞIRXANA XIDMƏTLƏRI
Camaşırxana xidmətləri 24 saat ərzində göstərilir. Bütün məlumat nömrələrdə olan "Camaşırxana Siyahısı" blanklarında əksini tapıb. Ətraflı məlumat üçün zəhmət olmasa qəbul masasının işçiləri ilə əlaqə saxlayın. -
OTAQ XIDMƏT
24 saat ərzində otaq xidmətləri. Əgər qonağın allergiyası və ya hansısa məhsula qarşı dözülməzliyi varsa, biz fərdi səhər yeməyi və digər yeməklərin sifarişini qəbul etməyə hazırıq. Ətraflı məlumat üçün zəhmət olmasa qəbul masasının işçiləri ilə əlaqə saxlayın.
Ə laqə
Novxanı qəsəbəsi | Bakı | Azerbaycan Tel +994 12 3480176 Mob +994 50 717 3000